Azərbaycan Bolqarıstana elektrik enerjisi ixrac edə bilər


Digərləri 09 May 2018 17:21:00 194 0

Azərbaycan Bolqarıstana elektrik enerjisi ixrac edə bilər

Azərbaycan Bolqarıstana elektrik enerjisi ixrac edə bilər.

Bakı. Azərbaycan Bolqarıstana elektrik enerjisi ixrac edə bilər. Trend-in məlumatına görə, bu barədə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir. E.Pirverdiyev qeyd edib ki, Prezident İlham Əliyevin verdiyi tapşırıqlardan birincisi “Şimal” Elektrik Stansiyasında ikinci enerji blokunun tikintisinin bu il başa çatdırılması barədədir: "Hazırda stansiyada tikinti işlərinin tam başa çatdırılması üçün zəruri tədbirlər həyata keçirilir, tikinti-quraşdırma, sazlama işləri aparılır. Eyni zamanda stansiyanı enerjisistemlə əlaqələndirən 220 kV-luq ikidövrəli elektrik verilişi xətlərinin çəkilişi və s. işlər tam başa çatdırılıb. İlin sonuna kimi “Şimal” Elektrik Stansiyası tam gücü ilə istismara veriləcək". Onun sözlərinə görə, investisiyalar hesabına Azərbaycanda mövcud istehsal gücünün 2015-2020-ci illər arasında 19 faiz artması gözlənilir ki, bu da, istehlakda davamlı sabit artımın olacağı təqdirdə, təhlükəsiz ehtiyat gücünü təmin edəcək səviyyə kimi səciyyələndirilir: