Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bir sıra xarici limanlarla sənədlər imzalayıb (FOTO)


Digərləri 09 May 2018 16:43:00 283 0

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bir sıra xarici limanlarla sənədlər imzalayıb (FOTO)

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bir sıra xarici limanlarla əməkdaşlıq haqqında sənədlər imzalayıb.

Bakı. İlkin Şəfiyev - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bir sıra xarici limanlarla əməkdaşlıq haqqında sənədlər imzalayıb. Trend-in məlumatına görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Çinin Lianünqanq limanlar holdinq qrupu, "COSCO SHIPPING Lines Co., LTD" şirkəti və Mumbay (Hindistan) tresti arasında anlaşma memorandumu imzalanıb. Əməkdaşlıq haqqında memorandum isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Çinin Quançjou limanı arasında imzalanıb. Azərbaycan tərəfdən sənədləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov imzalayıb.