Türkiyədə Azərbaycan parkı və Xocalı abidəsinin açılışı olub FOTO


Digərləri 09 May 2018 15:47:00 321 0

Türkiyədə Azərbaycan parkı və Xocalı abidəsinin açılışı olub  FOTO

Türkiyənin qədim bölgələrindən biri olan Efelerdə Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub.

Son.az Trend-ə istinadən bildirir ki, Efeler bələdiyyəsi bölgəsinin mərkəzində yerləşən Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsi millət vəkili Qənirə Paşayevanın və Efeler Türk Ocaqlarının təşəbbüsü ilə hazırlanıb. Xocalı soyqırımı qurbanlarının acısını əks etdirən ana abidəsi parkın mərkəzində ucaldılıb.

"Azərbaycan Bakı parkı" və "Xocalı soyqırımı" abidəsinin açılışında Azərbaycan və Türkiyə rəsmiləri, Efeler bələdiyyəsinin rəhbəri, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun rəsmiləri, QHT, mediya nümayəndələri və yerli sakinlər iştirak edib. Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsi ilə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.


Xəbərə aid fotolar