Galatasaray, Beşiktaş və Fenerbahçe afrikalı futbolçu üçün "yarışır"


İdman 09 May 2018 15:38:00 297 0

Galatasaray, Beşiktaş və Fenerbahçe afrikalı futbolçu üçün "yarışır"

Müqavilə ilə Leicester'ə məxsus olan, icarə əsasında Moskva ÇSKA-da çıxış edən Ahmed Musa keryerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Goal.az xəbər verir ki, Galatasaray, BeşiktaşFenerbahçe 25 yaşlı forvardın xidmətində maraqlıdır.

Galatasaray qışda afrikalı forvard üçün ildə 3,5 milyon avro əmək haqqı təklif etsə də, transfer baş tutmamışdı. 

Qeyd edək ki, mövsümün ikinci yarısında çıxış etdiyi Rusiya çempionatında Musa 9 görüşdə 5 qol vurub.