Nizami Kino Mərkəzində Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar repertuarda dəyişiklik edildi


Digərləri 09 May 2018 15:06:00 229 0

Nizami Kino Mərkəzində Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar repertuarda dəyişiklik edildi

Mayın 10-da Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar repertuarda dəyişiklik edilib.

Kinomərkəzin repertuarına, Mədəniyyət Nazirliyinin sifarişi ilə "Səlnamə" kinostudiyasında rejissor İqbal Məmmədəliyevin çəkdiyi "Əbədiyyət yolu" adlı qısametrajlı sənədli film daxıl edilib.

Film seansları 12:30 və14-30-da keçiriləcək.

Seanslara giriş sərbəstdir.