FİFA-nın sabiq baş katibinə ömürülük cəza


İdman 09 May 2018 13:30:00 262 0

FİFA-nın sabiq baş katibinə ömürülük cəza

FİFA Qvatemala Futbol Federasiyasının sabiq baş katibi Ektor Truxilyonu ömürlük cəzalandırıb.

Goal.az xəbər verir ki, funksionerə futbolla bağlı bütün növ fəaliyyətlərlə məşğul olmaq qadağan edilib. Truxilyo rüşvətxorluq və korrupsiyada ittiham olunurdu. Ömürlük diskvalifikasiya ilə yanaşı, 200 min avro cərimə də ödəməlidir. 

Truxilyo 2017-ci ilin payızında ABŞ məhkəməsi tərəfindən 8 aylıq həbs cəzasına məhkum edilmişdi. Bunun səbəbi onun 2018 və 2022 mundialının marketinq hüquqlarını müəyyən şəxslərə 175 min dollar qarşılığında dövr etməsi idi.