62 yaşlı kişi avtomobilində bıçaqlanaraq qətlə yetirildi


Digərləri 09 May 2018 13:17:00 251 0

62 yaşlı kişi avtomobilində bıçaqlanaraq qətlə yetirildi

Sumqayıt şəhərində 62 yaşlı kişinin meyiti maşınında tapılıb. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1956-cı il təvəllüdlü Aydın Şıxəliyevin meyiti onun idarə etdiyi "Mercedes" markalı avtomobildə tapılıb. Araşdırma zamanı onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.