Azərbaycan və Aİ arasında iqtisadi əməkdaşlıq müzakirə edilib


Digərləri 09 May 2018 13:12:11 257 0

Azərbaycan və Aİ arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

Aİ nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub

Bakı. İqtisadiyyat naziri, Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev son 10 ildə Avropa İttifaqına 6 səfər edib, həmçinin Aİ-nin yüksək vəzifəli nümayəndələri ölkəmizdə səfərdə olub. Avropa nümayəndə heyətinə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir ölkə iqtisadiyyatının inkişaf etdiyini, maliyyə sabitliyini, qeyri-neft ixracının artdığını, ticarət balansının müsbət olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan və Aİ arasında enerji, nəqliyyat, ticarət və s. sahələrdə əməkdaşlıq uğurla inkişaf edir, Aİ ölkəmizin əsas ticarət tərəfdaşlarındandır. Aİ ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir və ölkəmizə 15 milyard dollardan çox investisiya yatırılıb. Aİ ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir.