Kim yeni gizli səfərə çıxdı FOTO


Digərləri 09 May 2018 12:48:27 252 0

Kim yeni gizli səfərə çıxdı   FOTO

Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen In ikinci dəfə məxfi, gizli səfərdə olub.

Son.az Xinhua-ya istinadən bildirir ki, o, Çinin Dalyan şəhərinə yollanaraq Çinin sədri Si Szinpinlə danışıqlar aparıb.

Si qonağı üçün ziyafət verib, sonra onlar birgə gəzintiyə çıxıblar. Liderlər Çin-Koreya münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi ediblər. Si bəyan edib ki, Cənubi Koreya və ABŞ ilə aparılan danışıqlarda Şimali Koreyanı dəstəkləyir, sülh dialoquna yardım etməyə hazırdır.


Xəbərə aid fotolar