Azərbaycanda Külək Elektrik stansiyalarında təmir işləri nə vaxt başa çatacaq


Digərləri 09 May 2018 12:35:00 194 0

Azərbaycanda Külək Elektrik stansiyalarında təmir işləri nə vaxt başa çatacaq

“Ağ Şəhər” layihəsi üzrə işlərin 60 faizi yekunlaşıb.

Bakı. Azərbaycanda Külək Elektrik stansiyalarında təmir və bərpa işlərinin avqustda başa çatdırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə “Azərişıq” ASC-nin sədri Baba Rzayevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir. B.Rzayev qeyd edib ki, həyata keçirilmiş tədbirlər nəticəsində texniki itkilər regional elektrik şəbəkələri üzrə 11,4 faizə, Bakı şəhəri üzrə 7,8 faizə endirilməklə ümumilikdə “Azərişıq” ASC üzrə 9,6 faiz təşkil edib. Faydalı elektrik enerjisinə görə yığım regional elektrik şəbəkələri üzrə 87 faizə, Bakı şəhəri üzrə 99,0 faizə yüksəldilməklə ümumilikdə “Azərişıq” ASC üzrə 93 faizə çatdırılıb. Alınan elektrik enerjisinə görə “Azərenerji” ASC-yə ödənişlər 100 faiz təmin olunub, vergi və digər büdcə ödənişləri artıqlaması ilə yerinə yetirilib. ASC sədri bildirib ki, “Ağ Şəhər” layihəsi üzrə işlərin 60 faizi yekunlaşıb, böyük və ən müasir paylayıcı elektrik şəbəkəsinin qurulması təmin edilib: