Rus çarının 50 milyard dollarlıq səhvi


Dünya 09 May 2018 12:05:00 269 0

Rus çarının 50 milyard dollarlıq səhvi

Bəzən şirkətlər əllərindəki qazancı artırmaq üçün böyük həmlələr etməyə çalışırlar. Bu zaman isə diqqətli davranmayaraq böyük səhvlər edirlər və milyonlarla dollar itirirlər.

Son.az ölkə.az-a istinadən oxucularına bu gün dünyaya səs salan şirkət səhvlərindən bəhs edəcək.

Ceyms Houell virtual pulu zibilliyə atdı

Ziyan: 6 milyon dollar

Virtual pul ortaya çıxanda iş adamı Ceyms 7500 virtual pul yığıb. "Historyofrussia"nın hesablamasına görə ilk dəfə ortaya çıxanda çox ucuz olan bu  bu məbləğ 2003-cü ildə 6 milyon dollara qədər dəyər qazanıb. Amma virtual pulunun bu qədər dəyərli olduğunu bilməyən Houell içində virtual pul olan diskin üzərinə içki tökür və xarab diski zibilliyə atır.

Fransız dəmiryolu şirkətinin diqqətsiz davranaraq 2000 qatar sifariş etməsi

Ziyan: 60 milyon dollar

Fransanın "SNCF" dəmiryolu şirkəti yük nəqliyyat qabiliyyətini artırmaq üçün "RFF" şirkətinin hesablarından istifadə edərək 2014-cü ildə 2000 qatar sifariş edir. Amma hesablama səhv olduğu üçün çox dar qatarlar üçün edilən 2000-lik sifariş şirkətin əlində qaldı. Əlindəki qatarlardan istifadə etmək üçün şirkət dəmir yolu şəbəkəsini genişlətmək üçün kassadan 60 milyon dollar xərcləmək məcburiyyətində qaldı.

NASA-nın riyazi səhvi, Mars kəşfiyyat robotunun itirilməsi

Ziyan: 125 milyon dollar

NASA bir neçə ildir ki, Mars İqlim Peyki layihəsi də daxil olmaqla 125 milyon dollar xərcləyib. Bu xərc kosmosdakı araşdırma və tədqiqatlara görə yaranmışdı. Tədqiqatın məqsədi Marsda iqlimlə bağlı işlər aparmaq və atmosfer, səth dəyişiklikləri barədə məlumat toplamaq idi. Hesablama səhvi ucbatından robotla əlaqə itdi. Layihə üzərində işləyən fərqli qrupların bir çoxu standart metrlik ölçülərdən istifadə edirdi. Burada işləyənlər isə inç ölçü vahidindən istifadə edib. Bu isə koordinat səhvinə səbəb oldu və Mars İqlim Peyki atmosferdə çox aşağıdan uçaraq yoxa çıxdı.

Yapon birjasında proqram səhvi

Ziyan: 224 milyon dollar

2003-cü ildə Yaponiyanın "Mizuho Secruities" şirkəti Tokio birjasında "J-Com Co" şirkətinin bir hissəsini satın almaq istəyib. Şirkət paylaşım üçün 610 min yen, yəni 5 min dollar pul qoyur. Amma satışı aparan birja işçisi bir proqram səhvi edərək bunun yerinə sadəcə 1 yendən 610 min hissə sıralayır. Bu isə "J-Com Co" şirkətinin mövcud hissə sayından 40 dəfə çox idi. Şirkət bu səhvə görə 225 milyon dollar itirdi.

"Ford" şirkətinin plansız sərmayəsi

Ziyan: 700 milyon dollar

"Ford" avtomobil şirkətləri arasında ən köhnələrindəndir. Amma yenə də səhvlərə yol verir. 1957-ci ildə şirkət "Edsel" modelini yeniləmək üçün 160 milyon funt sterlinq sərmayə qoyur. Bu miqdar 2015-ci ildə 640 milyon sterlinq səviyyəsini keçir. Amma model satılmadığı üçün istehsal yarımçıq qaldı.

Hovi Hablerin yanlış strategiyası