Ramin Quluzadə: "Ələt limanı Azərbaycanın potensialının daha da genişləndirilməsinə xidmət edəcək"


İqtisadiyyat 09 May 2018 11:53:12 362 0

Ramin Quluzadə: "Ələt limanı Azərbaycanın potensialının daha da genişləndirilməsinə xidmət edəcək"

"Hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə işlər davam edir"

"Ələt limanı "Şimal-Cənub", "Şərq-Qərb" dəhlizləri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verir".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Limanları Konfransında Azərbaycanın nəqliyyat,rabitə və yüksəktexnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, Ələt limanı Azərbaycanın potensialının daha da genişləndirilməsinə xidmət edəcək: "Bakı Limanı "Yaşıl liman" statusuna uyğun olaraq inkişaf etdirilir və ən son texnologiyalardan istifadə olunur. Ələt limanı Azərbaycanın logistika mərkəzi kimi inkişafına töhfə olacaq".

Nazir bildirib ki,hazırda"Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə işlər davam edir.