Ərdoğan: "ABŞ İranla imzalanmış nüvə sazişindən çıxmaqla itirən tərəf olacaq"


Dünya 09 May 2018 11:48:03 256 0

Ərdoğan: "ABŞ İranla imzalanmış nüvə sazişindən çıxmaqla itirən tərəf olacaq"

"Beynəlxalq müqavilələri istədiyiniz zaman poza və ya davam etdirə bilməzsiniz"

"ABŞ İranla "altılıq" ölkələri arasında imzalanmış nüvə sazişindən çıxmaqlaitirən tərəf olacaq".

“Report”un "Haberturk"ə istinadən verdiyi məlumata görə, bunuTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bu məsələdəABŞitirən tərəf olacaq. Çünki siz imzaladığınız razılaşmaya sadiq qalmırsınız. Beynəlxalq müqavilələri istədiyiniz zaman poza və ya davam etdirə bilməzsiniz. Bu qəbuledilməzdir”.