ABŞın İran qərarı ilə bağlı


Dünya 09 May 2018 11:38:00 235 0

ABŞın İran qərarı ilə bağlı

ABŞ-ın İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planında iştirak edənlərin siyahısından çıxaraq Tehrana qarşı sanksiyalar rejiminə qayıtmaq qərarı ilə bağlı Ərdoğan ilk açıqlamanı edib.

Son.az xəbər verir ki, Türkiyə prezidenti ABŞ-ın İran qərarını "İtirən Amerika olacaq" sözləri ilə şərh edib.

Qeyd edək ki, Trampın bu qərarını İsrail və Səudiyyə Ərəbistanı dəstəkləyib. Məsələ ilə bağlı Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında telefon danışığı olub. Üç ölkə lideri Trampın qərarını narahatlıqla qarşıladığını bildirib.

Təhməz Təkin Son.az