Cəlilabadda 4,7 kq-dan çox heroin aşkar edilib


Digərləri 09 May 2018 11:28:00 219 0

Cəlilabadda 4,7 kq-dan çox heroin aşkar edilib

Cəlilabadda 4,7 kq-dan çox narkotik vasitə aşkar edilib.

Bakı. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 4,7 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, mayın 7-də Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İlham Şirinov saxlanılıb.