Liverpool'un futboçusu əməliyyat olundu


İdman 09 May 2018 11:14:00 243 0

Liverpool'un futboçusu əməliyyat olundu

Liverpool'un futbolçusu Jozef Qomes əməliyyat olunub.

Goal.az-ın məlumatına görə, İngiltərə yığmasında da çıxış edən 21 yaşlı müdafiəçi mövsümün digər oyunlarında komandasına kömək edə bilməyəcək. Gənc oyunçu həmçinin Çempionlar Liqasının final oyununda Real Madrid'ə qarşı görüşü də buraxmalı olacaq.

Qeyd edək ki, Qomes bu mövsüm İngiltərə çempionatında 23 oyunda meydanda olub.