Bakıda dünya limanlarının toplantısı keçirilir


İqtisadiyyat 09 May 2018 10:01:00 267 0

Bakıda dünya limanlarının toplantısı keçirilir

Konfrans mayın 11-dək davam edəcək

Bakıda“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin təşkilatçılığı və Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors - IAPH) dəstəyilə“Gələcəyin Limanları: Qovşaqların Yaradılması, Bağlılığın Sürətləndirilməsi” adlı konfrans işə başlayıb.

"Report" xəbər verir ki, tədbirdə dünyanın aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Filippin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla, dünyanın 65 dövlətindən 400-dən çox beynəlxalq limanın, biznes icmasının, gəmiçilik və logistika üzrə iri şirkətlərin nümayəndələri iştirak edirlər.

Həmçinin Dünya Limanları Konfransına “DP World”un sədri və icraçıı direktoru Sultan Əhməd bin Suleyem, İndoneziyanın ən böyük liman korporasiyası “IPC”in prezidenti Elvin Masassaya, Triyest limanının prezidenti Zeno-d`Aqostino, Avstraliyanın “New South Wales” (sabiq Sidney Port Korporasiyası) baş direktoru Qrant Qilfilan, Nigeriya Limanlar Administrasiyasının icraçı direktoru Xadiza Bala Usmanın və sair yüksək rütbəli qonaqlar qatılıblar

Tədbir çərçivəsində Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Qarsiya Milanın çıxışı, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohanas Hanın video-müraciəti gözlənilir.

Konfrans mayın 11-dək davam edəcək.