Səfir: "İranın Əmirabad və Bakının Ələt limanı arasında danışıqlar aparılır"


İqtisadiyyat 09 May 2018 10:50:14 313 0

Səfir: "İranın Əmirabad və Bakının Ələt limanı arasında danışıqlar aparılır"

"Danışıqlara həm yük, həm də digər sahələr daxildir"

"Azərbaycan və İran limanları arasında əlaqələr müzakirə edilir".

Bunu "Report"a açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Onun sözlərinə görə, bu gün Bakıda keçirilən Dünya Limanları Konfransıçərçivəsində İranın Əmirabad və AzərbaycanınƏlət limanı arasında danışıqlar aparılır: "Danışıqlara həm yük, həm də digər sahələr daxildir".

Səfir tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bu sahədə əməkdaşlığa töhfə olacağını diqqətə çatdırıb.

C.Cahangirzadə bildiribki, mayın 12-də "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı İran Astarasında tədbir keçiriləcək vəAzərbaycan tərəfini "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov təmsil edəcək.