Bakıda Dünya Limanları Konfransı keçirilir


Digərləri 09 May 2018 10:42:00 191 0

Bakıda Dünya Limanları Konfransı keçirilir

Bakıda Dünya Limanları Konfransı keçirilir.

Bakı. Maksim Tsurkov - Bakıda Dünya Limanları Konfransı keçirilir. Trend-in məlumatına görə, bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nın ev sahibliyi etdiyi Dünya Limanları Konfransına rekord sayda nümayəndə heyəti qatılıbdır. Belə ki, aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Fillipin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla dünyanın 65 dövlətindən 400-dən çox beynəlxalq liman, biznes icması, gəmiçilik və logistika üzrə iri şirkətlərin nümayəndələri Dünya Limanları Konfransının iştirakçılarıdır. Konfransa “DP World”un sədri və icraçı direktoru Sultan Əhməd bin Suleyem, İndoneziyanın ən böyük liman korporasiyası IPC-nin prezidenti Elvin Masassaya, Triyest limanının prezidenti Zeno-d`Aqostino, Avstraliyanın “New South Wales” (sabiq Sidney Port Korporasiyası) şirkətinin baş direktoru Qrant Qilfilan, Nigeriya Limanlar Administrasiyasının icraçı direktoru Xadiza Bala Usman və sair yüksək rütbəli qonaqlar dəvət edilib. Bakı Limanının baş direktoru Taleh Ziyadov regionumuzda belə mötəbər tədbirin ilk dəfə Azərbaycanda keçirilməsinin qlobal səviyyədə ölkəmizin nüfuzuna xidmət edəcəyini qeyd etdi: “Dünyada tanınmış və okeana çıxışı olan, on milyonlarla ton yük aşıran liman rəhbərlərinin Azərbaycana təşrif buyurması ölkəmizin qlobal nəqliyyat dəhlizlərində artan rolundan bəhs edir. Cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycan Qədim İpək Yolunun bərpasında iştirak edir, eyni zamanda, Şimal-Cənub dəhlizində mühüm rol oynayır. Bütün bunlar Ələtdə yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 1-ci fazasının tikintisinin yekunlaşdığı dövrdə təsadüf edir. Nəticədə Azərbaycan mühüm tranzit, logistika və distribusiya mərkəzi kimi rolunu artırmış olur”.