Amerikalı qubernatordan Azərbaycanla bağlı daha bir maraqlı addım


Siyasət 09 May 2018 10:34:00 230 0

Amerikalı qubernatordan Azərbaycanla bağlı daha bir maraqlı addım

ABŞ-ın Nevada ştatının qubernatoru Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzalayıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Son.az-a verilən məlumata görə, ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval (Brian Sandoval) Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzalayıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş təbrik bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edir və ən xoş arzularını çatdırır.

Qeyd edək ki, bu, Nevada ştatının qubernatoru B.Sandoval tərəfindən Azərbaycana dair imzalanmış ilk bəyannamə deyil. Belə ki, qubernator B.Sandoval hələ 2017-ci ildə Xocalı faciəsi ilə də bağlı bəyannamə imzalayaraq, bu faciəni pisləmişdi.

Respublikaçılar Partiyasına mənsub olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib. İlkin İzzət Son.az


Xəbərə aid fotolar