Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərinə “Cənub Qaz Dəhlizi” üzrə işlərin gedişatı barədə məlumat verilib (FOTO)


Digərləri 09 May 2018 10:36:00 216 0

Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərinə “Cənub Qaz Dəhlizi” üzrə işlərin gedişatı barədə məlumat verilib (FOTO)

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti Energetika Nazirliyində olub..

Bakı. Energetika naziri Pərviz Şahbazovla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərimin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib. Nazir bildirib ki, 2006-cı ildə “Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə münasibətlərdə yeni mərhələnin əsası qoyulub. Memorandum Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, eyni zamanda, Azərbaycanın enerji infrastrukturunun inkişafı, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə, ölkə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması kimi sahələr üzrə nailiyyətlərin əldə edilməsinə imkan yaradıb. 2011-ci ildə “Cənub Qaz Dəhlizi” üzrə Birgə Bəyannamənin imzalanması isə Xəzər hövzəsi qazının Avropaya çatdırılması ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu təmin edib. Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlərin gedişatı barədə qonaqlara ətraflı məlumat verilib, artıq reallığa çevrilən layihəyə getdikcə daha çox ölkənin maraq göstərdiyi qeyd edilib.