"Müharibə dövründə yaşamış ailələrin..."


Kriminal 09 May 2018 10:18:08 257 0

"Müharibə dövründə yaşamış ailələrin..."

Xəbər verdiyimiz kimi xalq artisti Bəsti Cəfərovanın qızı Fidan Cəfərovanın yeni qısa metrajlı filmi işıq üzü görüb. Kinomanlar artıq gənc rejissorun işini Youtube üzərindən də izləyə bilərlər.

Son.az-a filmi barədə danışan Fidan bu sözləri deyib:

"Bu gün" filmi keçən ilin mart ayında çəkilib. Bir ildən çox müddət idi ki, üzərində çalışırdıq. Filmi mayın 1-i təqdim etsək də öz kanalımızdan 9 may - Qələbə günü paylaşmağın ən düzgün fikir olduğuna qərar verdik.

Bir çox müharibə dövründə yaşamış ailələrin talehi, hətta qlobal bir problemi müzakirəyə qoyduğumuzu da deyə bilərik. Bu gün isə bu filmin yaranma səbəbi olan treki klip ilə bərabər "online" edəcəyik".

Rollarında əməkdar artist Şəlalə Şahvələdqızı, Ağarəhim Poladov, Könül İskəndər və Canəli Canəliyevin çıxış etdiyi film Fidan Cəfərovanın Youtube kanalı üzərindən paylaşılıb.


Xəbərə aid video