"ABŞ nüvə sazişindən çıxması qərarı uğursuz addımdır"


Dünya 09 May 2018 08:38:00 282 0

"ABŞ nüvə sazişindən çıxması qərarı uğursuz addımdır"

ABŞ nüvə sazişindən çıxması qərarı uğursuz addımdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir: "Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatına əsasən, İran bu saziş üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. ABŞ-ın nüvə sazişindən çıxması qərarını uğursuz addım kimi dəyərləndiririk. İstənilən fikir ayrılıqlarını Birgə Hərtərəfli Fəaliyyət Planına uyğun olaraq diplomatik yolla həll etmək lazımdır. Sazişin həyata keçirilməsi davam etdirilməlidir".