Maşın piyadanı vuraraq ağır xəsarət yetirib


Digərləri 09 May 2018 08:37:00 269 0

Maşın piyadanı vuraraq ağır xəsarət yetirib

Piyadanı kiçikhəcmli yük avtomobili vurub

Bakının Lökbatan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1973-cü il təvəllüdlü Nidayi Hüseyn Qüdrət oğlu yolu keçərkən onu kiçikhəcmli yük avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Qaradağ RPİ-də araşdırma başlanılıb. Sürücü məsuliyyətə cəlb olunub.