Mingəçevirdə yol qəzası nəticəsində qadın sərnişin xəsarət alıb


Sosial 09 May 2018 08:21:45 254 0

Mingəçevirdə yol qəzası nəticəsində qadın sərnişin xəsarət alıb

Qəza Heydər Əliyev prospekti ilə Ş.İ.Xətai küçəsinin kəsişməsində olub

Gecə saatlarında Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, “VAZ-21011” markalı avtomobil Heydər Əliyev prospektinin Ş.İ.Xətai küçəsi ilə kəsişməsində yerləşən işıqfor ərazisində "Mitsubishi Pajero" ilə toqquşub.

Nəticədə avtomobillərdən biri 1977-ci il təvəllüdlü Ağayeva Subər Əbülfət qızı başından ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sürücülər yüngül xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.