Sərxoş kişi yüksəklikdən yıxılaraq ağır xəsarət alıb


Digərləri 09 May 2018 08:15:00 242 0

Sərxoş kişi yüksəklikdən yıxılaraq ağır xəsarət alıb

Gəncə sakini yüksəklikdən yıxılaraq ağır xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, şəhərin Natəvan qəsəbə sakini 1985-ci il təvəllüdlü Miraşçenko Andrey Pavel oğlu sərxoş vəziyyətdə ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, A. Miraşçenko sərxoş vəziyyətdə yüksəklikdən yıxılıb.

Faktla bağlı araşdırma aparılır.