"Unileasing" şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib


İqtisadiyyat 09 May 2018 07:52:47 309 0

"Unileasing" şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib

Şirkət "IDirekt kredi" MMC-yə çevrilib

"Unileasing" Lizinq Şirkəti" QSC adını və təşkilati-hüquqi formasını dəyişib.

"Report" xəbər verir ki, şirkət "IDirekt kredi" MMC-yə çevrilib.

"Unileasing" 2004-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2 manat olan 900 min səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 66,67%-i "Unibank" ASC-yə, 33,33%-i isə Qəribov Eldar Mahmud oğluna ("Unibank"ın Müşahidə Şurasının sədri) məxsusdur.