22 ildir qumdan düzəltdiyi qalada yaşayır FOTO


Digərləri 09 May 2018 07:41:00 320 0

22 ildir qumdan düzəltdiyi qalada yaşayır  FOTO

Braziliyada uzun illər qumdan tikilən sarayda yaşayan kişi dünya mediasının diqqətini çəkib.

Son.az xəbər verir ki, 44 yaşlı Maurisiyo Matolias qeyri-adi evi ilə məhşurlaşıb. Dəniz kənarında yaşamağı sevən Maurisiyo ömrünün 22 ilini bu evdə yaşadığını deyir:

"Dəniz kənarında yaşamaq üçün ev alacaq pulum yox idi. Mən də dəniz sahilində qumdan saray tikmək qərarına gəldim. İnsanlar məni "çimərlik kralı" adlandırırlar."


Xəbərə aid fotolar