"WhatsApp"da yeni funksiyalar


Digərləri 09 May 2018 06:30:00 318 0

"WhatsApp"da yeni funksiyalar

Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqi WhatsApp, iOS tətbiqi üçün yeni xüsusiyyətlər təqdim edib. Belə ki, proqramda şəkil içində şəkil (PIP) xüsusiyyəti və qruplar üçün bir neçə yenilik gətirilib.

Son.az axşam.az-a istinadən bildirir ki, WhatsApp-ın son dövrlərdə təqdim etmiş olduğu ən yaxşı xüsusiyyətlərdən biri, "YouTube "videolarına dəstək verməsi idi. Bu sayədə istifadəçilər tətbiqi tərk etmədən WhatsApp üzərindən "YouTube" videolarını izləyə bilirdilər.

"YouTube" dəstəyi mövzusunda istifadəçilərdən gözlədiyi geri dönüşləri edən şirkət, indi də tətbiq İnstaqram və Facebook videoları üçün dəstək gətirir. Beləcə, istifadəçilər artıq WhatsApp üzərindən göndərilən həm "YouTube", həm İnstaqram, həm də Facebook videolarını birbaşa tətbiq içində izləyə biləcəklər.