Lökbatanda maşın piyadanı vuraraq ağır xəsarət yetirib


Sosial 09 May 2018 06:18:28 276 0

Lökbatanda maşın piyadanı vuraraq ağır xəsarət yetirib

Piyadanı kiçikhəcmli yük avtomobili vurub

Bakının Lökbatan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1973-cü il təvəllüdlü Nidayi Hüseyn Qüdrət oğlu yolu keçərkən onu kiçikhəcmli yük avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Qaradağ RPİ-də araşdırma başlanılıb. Sürücü məsuliyyətə cəlb olunub.