Azərbaycanda tapılan meteoritin kiçik hissələri dünyanın bir çox muzeylərində saxlanılır


Digərləri 09 May 2018 05:30:00 299 0

Azərbaycanda tapılan meteoritin kiçik hissələri dünyanın bir çox muzeylərində saxlanılır

1891-ci ildə Ağcabədi rayonu ərazisindən tapılmış Hindarx meteoritinin kiçik hissələri dünyanın bir çox muzeylərində, o cümlədən Vyana Təbiət Tarixi Muzeyində də saxlanılır.

Bunu Avstriyanın Vyana Təbiət Tarixi Muzeyinin meteorit kolleksiyası üzrə koordinatoru, Beynəlxalq Meteoritlər Cəmiyyətinin üzvü Ludovic Ferriere Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) keçirilən seminarda çıxışı zamanı deyib.

Son.az xəbər verir ki, ŞAR-dan AZƏRTAC-a bildirilib ki, qonağa rəsədxananın tarixi, fəaliyyət istiqamətləri, teleskopları və hazırda yerinə yetirilən elmi-tədqiqat işləri barəsində məlumat verilib, birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.