Aİ ABŞ-ın İranla sazişdən çıxmaq məsələsini mayın 17-də müzakirə edəcək


Dünya 09 May 2018 04:17:50 306 0

Aİ ABŞ-ın İranla sazişdən çıxmaq məsələsini mayın 17-də müzakirə edəcək

Müzakirələr Sofiyada Aİ – Qərbi Balkan ölkələri sammitində aparılacaq

Avropa İttifaqı (Aİ) liderləri mayın 17-də Sofiya şəhərində keçiriləcək Aİ – Qərbi Balkan ölkələri sammitində ABŞ-ın İranla nüvə sazişindən çıxmasını və Vaşinqtonun aqressiv ticarət siyasətini müzakirə edəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk "Twitter" Trampın İranla bağlı qərarını şərh edərkən yazıb.

"Donald Trampın İran sövdələşməsi və ticarətlə bağlı real siyasəti Avropanın vahid yanaşması ilə qarşılaşacaq. Aİ liderləri hər iki məsələyə gələn həftə Sofiyada baxacaq", - deyə o bildirib.