Fransa, Almaniya və Britaniya ABŞ-ın İranla nüvə sazişindən çıxmaq qərarına təəssüflənib


Dünya 09 May 2018 03:12:51 300 0

Fransa, Almaniya və Britaniya ABŞ-ın İranla nüvə sazişindən çıxmaq qərarına təəssüflənib

Bunu Fransa prezidenti öz "Twitter" mikrobloqunda yazıb

Fransa, Almaniya və Böyük Britaniya ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişindən çıxmaq barədə qərarından təəssüflənib.

“Report” xəbər verir ki, bunu Fransa prezidenti Emannuel Makron öz "Twitter" mikrobloqunda yazıb.

Onun sözlərinə görə, Avropa ölkələri Yaxın Şərqdə, xüsusilə də Suriya, Yəmən və İraqda sabitlik məsələləri üzərində birgə işləyəcək.

"Fransa, Almaniya və Böyük Britaniya ABŞ prezidenti Donald Trampın Birgə fəaliyyət planından çıxmaq barədə qərarından təəssüflənir. Nüvə silahının yayılmaması beynəlxalq rejimi təhlükə altına düşdü", - deyə Makron yazıb.

Bundan əvvəl Tramp Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxdığını bəyan edib.