Nazir Rövşən Rzayev 100 yaşlı Böyük Vətən Müharibəsi veteranına baş çəkib


Sosial 09 May 2018 00:09:37 318 0

Nazir Rövşən Rzayev 100 yaşlı Böyük Vətən Müharibəsi veteranına baş çəkib

Komitə sədri veteranın yaşayış şəraiti, səhhəti, qayğıları və keçdiyi döyüş yolu ilə maraqlanıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Vətən Müharibəsi veteranı, Cəbrayıl rayonundan olan 1918-ci il təvəllüdlü məcburi köçkün, I qrup əlil Əliyev Famil Abbas oğluna baş çəkib.

Qurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyevin "Report"a verdiyi məlumata görə, görüş zamanı onu komitənin sədr müavinləri Gəray Fərhadov, Fuad Hüseynov, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev müşayət edib.

Komitə sədri Böyük Vətən Müharibəsi iştirakçısının yaşayış şəraiti, səhhəti, qayğıları və keçdiyi döyüş yolu ilə maraqlanıb. A.Əliyev yaşayış şəraitinin ağırlığından danışıb. Rövşən Rzayev prezident İlham Əliyevin Böyük Vətən müharibəsi iştirakçılarına və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması yönündə mühüm işlər gördüyünü vurğulayıb. Qeyd edib ki, sizin müraciətinizi nəzərə alaraq yaxın günlərdə mənzil şəraitinizin yaxşılaşdırılması üçün sizə təkliflər veriləcək.

Əliyev Famil Abbas oğlu ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.