Ər və arvadı küçənin ortasında güllələdi


Dünya 08 May 2018 23:59:00 312 0

Ər və arvadı küçənin ortasında güllələdi

Türkiyənin Manisa şəhərində aprelin 28-də küçənin ortasında ər və arvadın güllələnərək qətlə yetirilməsi yaxınlıqdakı təhlükəsizlik kamerasının yaddaşına həkk olunub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, 63 yaşlı ehtiyatda olan polis M.A 43 yaşlı Mustafa və onun həyat yoldaşı 36 yaşlı Zeynəbi küçənin ortasında qətlə yetirib.

Könüllü polisə təslim olan cani ər-arvadı borc pul üstündə qətlə yetirdiyini bildirib.