Yeni nazir müdirləri işdən çıxardı


Digərləri 08 May 2018 23:49:00 269 0

Yeni nazir müdirləri işdən çıxardı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qurumda yeni islahatlar həyata keçirib.

Son.az mia.az-a istinadən xəbər verir ki, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev işdən çıxarılıb.