RəsuliƏkrəmə bənzəmək istəyənlər üçün keçilməli 4 mərhələ


Digərləri 08 May 2018 23:50:00 331 0

RəsuliƏkrəmə bənzəmək istəyənlər üçün keçilməli 4 mərhələ

Həzrət Peyğəmbərin (s) Əhli-Beyti (ə) arasında deyilənə görə ona ən çox bənzəyən insan Əli Əkbər ağa (ə) olmuşdur. Həm zahir və həm də əxlaq nəzərindən. Bu mübarək əxlaq nümunələrindən bəziləri ilə tanış olaq.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) biz müsəlmanlar üçün örnək və nümunə olan kamil bir insandır. Ona görə də hər bir müsəlman özünü Həzrətə (s) bənzətmək istəyir, onun kimi kamal qalasını fəth etmək istəyir. Bəs bunun üçün nə edək?

Hədislərimiz bizə 4 xüsusiyyəti tövsiyə edirlər ki, əgər onlara yiyələnə bilsək, bəlkə də Həzrətə (s) az da olsa, bənzəyə bilərik.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kimdə (bu) dörd sifət olarsa, mənə bənzəmiş olar.

1. Xoş əxlaq. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Fərq etməz - qocadır, yoxsa cavan, qadındır, yoxsa kişi, alimdir, yoxsa qeyri-alimdir - əgər mənə bənzəmək istəyirsə bilməlidir ki, sizlərin ən xoş əxlaqlı olanı - mənə ən çox bənzəyənədir".

2. Mülayimlik və səbir. Əgər insan hər şeyə tez əsəbiləşməzsə və öz qəzəbini kontrolu altına ala bilərsə, o zaman ikinci mərhələni keçmiş olacaqdır.