Üç ölkədən ittifaq: Türkiyə


Dünya 08 May 2018 23:52:00 292 0

Üç ölkədən ittifaq: Türkiyə

İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Aleksis Çipras və Cənubi Kiprin prezidenti Nikos Anastasiadis Lefkoşada keçirilən üçtərəfli görüşdə Türkiyəni oyundan kənarlaşdıracaq razılaşma əldə ediblər.

Son.az publika.az-a istinadən xəbər verir ki, əldə edilən razılaşmaya əsasən, Şərqi Aralıq dənizindəki karbohidrogen ehtiyatları Aralıq dənizinin ortasından çəkiləcək boru xətti ilə Yunanıstan üzərindən Avropa İttifaqına çatdırılacaq.

Ötən il gündəmə gələn və Avropa İttifaqından da iqtisadi olaraq dəstək olan Şərqı Aralıq kəməri layihəsi İsrailin Hayfa limanından başlayaraq Kipr adasının cənubundan keçəcək. Bundan başqa, əlavə bir boru xətti ilə Cənubi Kiprə bağlanacaq və buradan Yunanıstanın Krit adası və ardınca, Yunanıstan əsas hissəsinin üzərindən Adriatik dənizinə və İtaliyaya çatacaq.