Salam verərkən əllə görüşənin, ayrılanda günahları tökülər


Digərləri 08 May 2018 23:40:00 353 0

Salam verərkən əllə görüşənin, ayrılanda günahları tökülər

Salam sözü Quranda 40 dəfə istifadə olunmuşdur. Bəzən Allah öz seçilmiş bəndələrinə salam verir. "Salam olsun peyğəmbərlərə (yaradandan yaradılmışlara)!". ("Saffat" 181).

"(Allah tərəfindən) deyildi: "Ey Nuh, sənə və səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam və bərəkətlərlə aşağı en". ("Hud" 48).

"Salam olsun Musaya və Haruna!". ("Saffat" 120).

Son.az deyerler.org-a istinadən bildirir ki, bəzən də mələklər behiştə daxil olanlara salam verirlər. "(Onlara deyiləcək:) "(Allah və mələklər tərəfindən) salamla (və əbədi salamatlıqla) ora daxil olun. (Müjdə olsun sizə ki,) bu gün əbədiyyət günüdür". ("Qaf" 34).

Behişt əhlinin salamı - İlahi şükürdür. "Onların oradakı duaları "Allahım, Sən (Özün-Özünü bütün eyb və nöqsan sifətlərdən pak vəsf etdiyin kimi) paksan!"dır; oradakı salamları (Allah tərəfindən, mələklərlə və bir-birləri ilə salamlaşmaları) "salam"dır; və bütün dualarının sonu "həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur" (deməkdir)". ("Yunus" 10).

Behiştin adlarından biri Dar-üs-Salam adlanır. "Allah (bəşəriyyəti) "Darus-Salam"a (fanilikdən uzaq Cənnətə) dəvət edir və(ümumi hidayəti qəbul edənlərdən) istədiyi şəxsi (xüsusi maarifdə) doğru yola hidayət edir". ("Saffat" 25).

Salam haqqında çoxlu hədislərimiz də vardır ki, onların bəzisi ilə tanış olaq.