Yazıçıların unudulmaz sevgililəri


Digərləri 08 May 2018 23:35:00 281 0

Yazıçıların unudulmaz sevgililəri

Məşhur yazıçıların yaşadıqları sevgilər onların möhtəşəm əsərləri qələmə almağında böyük rol oynayıb. Doğurdan da, sevgi bəzən ədəbiyyatın qırıldığı nöqtədir...

Gəlin, bir neçə yazıçının sevgi əhvalatlarını xatırlayaq.

Yusif Vəzir Çəmənzəminlinin aşiq olduğu qız

Son.az adalet.az-a istinadən bildirir ki, Yusif Vəzir Çəmənzəminli gənc yaşlarında Aşqabadda Asya adlı bir gözəl qıza aşiq olur. Qız da onu sevir. Çox keçmir ki, yoldaşları da bu sevdadan xəbər tuturlar.

Bir gün dostlar bir gizlinə çəkilib xəlvəti Kaxetiya şərabı içirlər. Yusif Vəzirə nə qədər təkid edirlərsə, içmir.

Dostlardan biri deyir ki, bu qədər də fanatiklik eləmə, cavanlıqdır, iç, bir az şənlən.

Yusif Vəzir də cavab verir ki, mən ömrümdə dilimə içki vurmamışam, odur ki, andımı pozmayacağam.

Bunu eşidən həmin dost badələrə şərab süzüb qədəhin də birini ona uzadır:

- İçək Asya xanımın şərəfinə.

Yusif Vəzir gülümsəyərək qədəhi alır:

- Yaşasın - söyləyərək ömründə ilk dəfə şərab içir.

"Xoşbəxt" Puşkin

Puşkini xoşbəxt hesab etmək olardı: o, həm Rusiyanın bir nömrəli şairi adına layiq görülmüş, həm də ölkənin ən gözəl qadınını ələ keçirmişdi. Ancaq bəzən xoşbəxtliyin ömrü də insan taleyi kimi olur: heç gözləmədiyin anda qəfil məhv olub gedir...

Puşkinin qabağına çətin bir əngəl çıxır: Dantes peyda olur. Dantes çox qəddar və inadcıl biriydi. O, uğrunda döyüşəcəyi qadına görə hər şeyindən vaz keçməyə razı olacaq bir xarakterdəydi. Onun üçün indi önəmli olan öz gələcəyi idi. Və bu gələcək onu hara aparır-aparsın Dantes buna razıydı. O, öz rolunun öhdəsindən gələcəyinə inanırdı. Və ifa olunan bu rol Puşkinin sonuna çıxacaqdı. Dueldə ölən bir şair...

Qeyri-adi yazıçı və çılğın arvadı...

Amerika yazıçısı Fitskeraldın xanımı Zelda heç nəyə fikir vermirdilər: yazıçı Skott teatrda soyunubçılpaqotura, sevgilisi Zelda isə ondan geri qalmadan köynəklə fontanda çimə bilərdi.Onlar mahnı oxuya-oxuya maşınla bütün şəhəri gəzməyi belə bacarardılar. Skott və Zelda tez-tez küpünə qədər içirdilər.

Fitskeraldın eşq macərası haqqında maraqlı fakt: "Nyu-York camaatı Fitskerald cütlüyünün qəfil yoxa çıxmağına şaşırmışdılar.Manhettenə getmək üçün şənbə günü axşam Lonq-Aylendəki evlərini tərk ediblər. Onlar nə bazar günün səhərində, nə bazar ertəsinin axşamında, nə də çərşənbə günü məlum məkanda görülməyiblər. Yalnız cümə axşamı onları çox pərişan halda Nyu-Cersi otelində tapdıq. Cənab Fitskerald, eləcə də onun sevgilisi hələ də anlaya bilmirdilər ki, nə qədər içki içiblər, necə olub dörd gün ötüb keçib və onlar Nyu-Cersiyə gəlib çıxıblar..."

Sonra hər şey dəyişdi. Hərdən bir Fitskerald əlinə qələm götürüb nəsə yazmaq istəyəndə Zelda özündən çıxırdı. Qadın hər gün dava salırdı. Deyilənə görə, Zelda hər gün əməlli-başlı sərxoş olurdu. Daha bunlara düzə bilməyən Skott uşaqları da özü ilə bərabər götürüb şəhərdən çıxdı. Orda yazıçı, nəhayət ki, ciddi rejimlə işləyə bildi, sakitlik tapmışdı, bütün gücünü yazıya vermişdi. Ən məşhur romanı olan "Böyük Getsbi"ni orda qələmə almışdı.

Xanımı Zelda bir dəfə özünü ikinci mərtəbədən aşağı atmışdı, az-maz zədələnmişdi. Evə gələndə hamını öldürmək istəyirdi: yazıçı onu psixi xəstəxanaya yerləşdirmişdi. Fitskerald öz xanımı haqqında daha sonra yazırdı: "Mən ümidlə dolu olan xəstəxana divarları arxasında Zeldamı itirdim. Bizim sevgimiz əsrin ən böyük sevgisiydi. Münasibətimizdə azacıq qırılma olan vaxt həyatın mənası itdi".

Çexovun kədərli sevgisi

Bu isə Çexovun xanımının yazdıqlarıdır:

"Məni pilləkəndən ötürdüyün yadındadır? Onda tutacaq necə xaincəsinə cırıldamışdı... Mən bunu dəhşətli dərəcədə sevirəm. İndi isə uzun zaman sənə yazmadım, oturdum şəklinə tamaşa elədim və yalnız sənin haqqında və gələcəyimiz haqqında düşündüm. Bəs sən düşünürsənmi? Biz səninlə çox az danışmışıq. Sənə elə gəlmirmi, bizim münasibətimiz anlaşılmazdır? Ah mənim gələcəyimin insanı! Sən artıq bilirsən, biz bir yerdə tanış insanlar kimi yaşaya bilmərik. Mən gəlmişdim sənin yanına. Artıq bu gizlənmələrdən bezmişəm. İnan mənə, bu mənə çox ağırdır. Hələ sənin ananın üzündəki iztirabı görmək daha dəhşətlidir. Mən axı iki od arasında qalmışam. De mənə, de ki, bir yerdə xoşbəxtcəsinə yaşayacağıq..."

Çexov sevdiyi aktrisa ilə bir yerdə yaşaya bilmir.