Tramp: "Kim Çen Inla görüş vaxtı və yeri təyin olunub"


Dünya 08 May 2018 23:27:13 282 0

Tramp: "Kim Çen Inla görüş vaxtı və yeri təyin olunub"

"Bizim görüşümüz cədvələ daxil edilib"

ABŞ və Şimali Koreya prezidentləri Donald Tramp və Kim Çen In arasında görüşün yeri və vaxtı təyin olunub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Amerika lideri Donald Tramp çıxışı zamanı deyib.

"Bizim görüşümüz cədvələ daxil edilib. Biz görüş barədə razılığa gəlmişik. Yer müəyyən edilib. Vaxt, tarix, hamısı təyin olunub", - deyə o bildirib və bu barədə əlavə məlumat verməyib.