“Heydər Əliyev və Azərbaycan tibbi” mövzusunda elmi konfrans keçirilib FOTO


Digərləri 08 May 2018 23:00:00 241 0

“Heydər Əliyev və Azərbaycan tibbi” mövzusunda elmi konfrans keçirilib  FOTO

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev və Azərbaycan tibbi" mövzusunda elmi konfrans keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, konfransda Seçenov Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev çıxış edib. O bildirib ki, belə bir tədbirin keçirilməsi Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə ehtiram əlamətidir. Professor Ulu Öndərin həyat və fəaliyyətindən, müasir Azərbaycan dövlətçiliyinin təşəkkülündə onun müstəsna xidmətlərindən danışıb. O vurğulayıb ki, Heydər Əliyev Azərbaycanda elmə və təhsilə həmişə diqqət və qayğı göstərib. Ölkəmizdə səhiyyənin sürətlə inkişafı, tibbi kadrların hazırlanması Ulu Öndərin adı ilə bağlıdır.

Bu gün Ümummilli Liderin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizdə səhiyyə sahəsində səmərəli islahatlar həyata keçirilib. Hazırda təkcə paytaxtda deyil, regionlarda da tibb ocaqları ən müasir avadanlıqla təchiz edilib. Müasir müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar inşa edilib, mövcud tibb müəssisələri əsaslı surətdə yenidən qurulub, regionların sakinləri yerlərdə müalicə olunmaq imkanı əldə ediblər.


Xəbərə aid fotolar