Dünyada ilk salam verən kim olub?


Digərləri 08 May 2018 22:55:00 401 0

Dünyada ilk salam verən kim olub?

Salam elə kəlmədir ki, məhz müsəlmanlar arasında istifadə olunur və vəhdətin nişanəsi hesab olunur.

Son.az deyerler.org-a istinadən bildirir ki, hədislərin birində oxuyuruq: "O zaman ki, Allah Təala mələklərə Adəmə (ə) səcdə etmək əmrini verdi, şeytan səcdə etməkdən boyun qaçırtdı.

Allah da şeytana əmr etdi ki, çıxıb getsin və buyurdu: "Qiyamət gününə qədər Mənim lənətim sənə olsun".

Sonra Həzrət Adəmə (ə) xitab edərək, buyurur: "Onlara de: "Səlamun əleykum və rəhmətullah və bərəkətuh".

Adəm (ə) onlara salam verdi və mələklər cavabında dedilər: "Allahın salamı və rəhməti sənin üçün də olsun".