Tramp ABŞ-ın İranla bağlı nüvə sövdələşməsindən çıxdığını elan edib


Dünya 08 May 2018 22:23:27 275 0

Tramp ABŞ-ın İranla bağlı nüvə sövdələşməsindən çıxdığını elan edib

Amerika lideri Tehranı sazişin şərtlərinə zidd olaraq uranı zənginləşdirməkdə ittiham edib

Birləşmiş Ştatlar İranın nüvə proqramı üzrə sövdələşmədən çıxıb.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

Amerika lideri Tehranı sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib.