Bu dünyada məna varmı?


Digərləri 08 May 2018 22:40:00 316 0

Bu dünyada məna varmı?

Allah hər bir canlıya həyat bəxş etmişdir. İnsanlarla heyvanların, bitkirlərin həyatı fərqlidir. İnsanın malik olduğu həyatın bir neçə növü vardır ki, əgər onun ən alisinə sahib ola bilərsə, o zaman insan adını qazanacaqdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, hədislərimizin nəzərinə görə həyatın 6 növü:

1. Agah olmayan bir həyat. O kəslər ki, həyatda yatmaqdan, yeməkdən, əylənməkdən başqa bir hədəf görməzlər, həyatın həqiqi mənasından qafil olarlar. Bu insanların həyat bulurğanında heç bir azadlıqları yoxdur.

Çünki həyat küləyinin əsdiyi istiqamətdə uçan yarpağa bənzəyirlər. Ona görə də külək onu hara aparırsa, o da həmin tərəfə uçar. Hər bir məktəb və fəlsəfəni puç hesab edilrər. Nə dünya əhlidirlər, nə də axirət. Həm dünya və həm də axirətlərini əldə etmək üçün heç bir səy göstərməzlər.

2. Dünya həyatı. Bu insanların əsil hədəfi - dünyanı əldə etməkdir. Onlar dünya nemətlərini əldə etməyi əsil hədəfləri hesab edirlər və ona görə də dünyadan razıdırlar. Ancaq onların bu razılığı yanlış bir razılıqdır və onlar həyatın üç mühüm sualına cavab verə bilmirlər. Haradan gəlmişik? Haradayıq? Hara gedəcəyik? "Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır". ("Ənam" 32).