"Fatihə" surəsi ilə müalicə


Digərləri 08 May 2018 21:50:00 272 0

"Fatihə" surəsi ilə müalicə

Əbu Səyid Xədəri nəql edir: "Bir neçə dostumla birlikdə səfərə çıxmışdıq. Yolda ərəb qəbilələrindən birinə rast gəldik. Qəbilənin yanında yüklərimizi yerə töküb, istirahət etməyə başladıq. Ancaq qəbilə üzvlərindən heç biri bizə diqqət etmir və qonaqpərvərlik göstərmirdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, bir müddət keçəndən sonra aralarında səs-küy başladı və bir nəfər bizə tərəf qaçıb dedi: "Bizim seyidimizi ilan çalmışdır, sizin aranızda ona şəfa verə bilən insan vardırmı?".

Dostlarımdan biri dedi: "Biz sizin seyidə şəfa verə bilərik. Ancaq siz bizə heç bir lütf və diqqət etmədiyinizə görə, bu müalicənin muzdunu sizdən alacağıq".

O, dedi: "Əgər seyyidi sağaltsanız, sizə bir neçə qoyun verərik".