İnsanlara kömək edən 7 xeyir əldə edər


Digərləri 08 May 2018 21:55:00 297 0

İnsanlara kömək edən 7 xeyir əldə edər

Yoxsulların və ehtiyacı olanların ehtiyacını aradan qaldırıb, onlara maddi yardım göstərmək insana bir çox fərdi və ictimai bərəkətlər gətirər ki, onlarla tanış olaq:

1. Nəfsin paklanması. İnfaq insanı bir çox əxlaqi rəzil sifətlərdən pak edər və qəlbini saflaşdırar.

2. Ruhi hüzur gətirər. İnfaq insan üçün dünya və axirət ruhi hüzuru gətirər. "Öz mallarını gecə və gündüz, gizlin və aşkar(şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar". ("Bəqərə" 274).

3. Ruzinin artması. Son.az deyerler.org-a istinadən bildirir ki, Quranın da verdiyi vədədə olduğu kimi, hər kim infaq və ehsan edər, Allah onun əvəzini verər və ruzisini artırar. "De: "Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır". ("Səba" 39).

4. Allaha yaxınlaşmaq. İnfaq insanı Allahın sevimlisi edər və Onun qürbünə yaxınlaşdırar.