Amerikalılar Serj Sarkisyanı nəzarətə götürdülər


Dünya 08 May 2018 21:41:00 271 0

Amerikalılar Serj Sarkisyanı nəzarətə götürdülər

Qaçmış prezidentin və ya oliqarxın pulunu qaytarmaq çox mürəkkəb prosesdir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu Kiyev "Sosial perspektiv" İctimai-informasiya Texnologiyaları Mərkəzinin direktoru İqor Burov deyib.

Qeyd edək ki, yaxın günlərdə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) müstəntiqlərindən ibarət nümayəndə heyəti Ermənistana baş çəkəcək və Serj Sarkisyan komandasının üzvləri tərəfindən Ermənistandan qanunsuz kapital ixracı faktlarını araşdıracaq.

Vaxtilə Yanukoviçin pullarının Ukraynaya qaytarılması ilə məşğul olmuş İ.Burovun fikrincə, erməni hüquq-mühafizə orqanlarına bu məsələni həll etmək çox çətin olacaq.

"Çox tutarlı dəlillər lazımdır ki, o pulların, hansı ki, Sarkisyan xarici banklarda saxlayır, həqiqətən cinayətkar yolla qazanıldığını sübut etsin. Bundan başqa, Qərbdə mütləq soruşacaqlar: bu faktlar üzrə cinayət işi qaldırılıbmı? Amma əgər Ermənistanın yeni hakimiyyəti bu məsələdə qətiyyətli olsa, onda istisna olunmur ki, yaxın vaxtlarda Sarkisyan məhkəmə qarşısında dayanacaq. Mülklərə gəlincə, burada məsələ daha mürəkkəbdir.