Google Pay artıq iOSda əlçatandır


Digərləri 08 May 2018 21:45:00 284 0

Google Pay artıq iOSda əlçatandır

"Google" şirkəti "Google Pay" xidmətinin masaüstü veb xidmətlər və "iOS" platforması ilə işləyən mobil qurğularda əlçatan olduğu barədə məlumat verib.

Xatırladaq ki, 2018-ci ilin yanvarında "Google" şirkəti "Android Pay" və "Google Wallet" ödəmə xidmətlərini "Google Pay" brendi altında birləşdirib. Cari ilin fevralında yeni xidmət "Android" platformasına inteqrasiya edilib.

Son.az ICTnews-a istinadən bildirir ki, yaxın vaxtlarda "Chrome", "Safari" və "Firefox" brauzerlərində onlayn alış-verişin haqqını "Google Pay" vasitəsilə ödəmək mümkün olacaq.