Onlar minlərlə uşağı soyqırımdan xilas etdilər


Digərləri 08 May 2018 21:35:00 214 0

Onlar minlərlə uşağı soyqırımdan xilas etdilər

"Dünya xalqları ədalətliləri" -1951-ci il "Holokost xatirəsi haqqında İsrail qanunu"na əsasən Avropanın nasistlər tərəfindən işğalı zamanı və "Holokost" illərində öz həyatlarını təhlükəyə ataraq minlərlə yəhudini xilas etmiş qeyri-yəhudilərə verilən fəxri addır.

Son.az lent.az-a istinadən xəbər verir ki, yəhudiləri ölümdən xilas edən bu qəhrəmanlara İsrail dövləti müxtəlif imtiyazlar verir. Xüsusi medalla mükafatlandırılır, adı Qüdsdə yerləşən "Yad va-Şem" muzeyindəki Şərəf lövhəsinə həkk olunur.

"Dünya xalqları ədalətliləri" adını alan şəxslərdən kimsə İsrail vətəndaşlığına keçərsə o zaman təqaüd və sağlamlıq sığortası ilə təmin olunur. Eyni zamanda həmin şəxsə ev də verilir.

Yəhudiləri xilas etmək o dövr üçün böyük təhlükə idi. Yalnız fədakar adamlar bunu edə bilərdilər. Çünki yəhudiləri xilas edəcək adamı ölüm cəzası gözləyirdi. Heç kim buna risk edə bilmirdi. Yəhudini xilas edən adamın tək özünü deyil, onunla bərabər bütün ailəsini də güllələyirdilər. 1945-ci ildə Litvalı meşəbəyi yəhudiləri gizlətdiyinə görə öldürülmüşdü. Buna bənzər taleyi polis işçisi Paul Qrüninger də yaşamışdı. Yəhudiləri sərhəddən qeyri-qanuni yolla keçirtdiyinə görə təqib olunmuş və işindən azad edilmişdi. Antisemitist qüvvələrin xofu hamının canında idi.

Ancaq bununla belə yəhudilərə xilas edən xeyli adam var idi. O adamlara hərbçilər, polis işçiləri, varlılar kömək edirdi. Bu kömək sayəsində nə qədər yəhudi ölümün əlindən alınmışdı.

Məsələn, Polşada 120 minə yaxın yəhudi xilas olunmuşdu. Ehtimal olunur ki, 300 min polyakın bu xilasda əli var. Nasistlər yəhudiləri xilas edən 5 min polyakı edam etmişdilər.

Xilasetmə getdikcə genişlənirdi. Və 1942-ci ildə Polşa hökuməti yəhudilərin xilasını təşkil edən "Jeqota" təşkilatını yaratdılar. Təşkilat Polşanın işğal olunmuş yerlərində yəhudilərin xilasına kömək edəcəkdi.

İrena Sendler və Zofiya Kozak təşkilatın rəhbərləri idi.

İrena Sendler Varşavada dünyaya göz açıb. Atası xəstəxananın rəhbəri idi. Kasıblar bu xəstəxanada pulsuz müayinə olunurdu. Ata-anası İrenaya insanları dini, irqi, milli ayrıseçkilik etmədən sevməyin vacib olduğunu öyrədib. 7 yaşında atasını yatalaq xəstəliyindən itirir.

Oskar Şindler İkinci Dünya Müharibəsində, Polşada və bugünkü Çexiyada olan hərbi və sursat fabriklərində işlətmək yolu ilə 1200-ə qədər yəhudini yəhudi soyqırımından qurtarıb.

1942-ci ildə Krakov gettosuna edilən Yəhudi axına şahidlik edən Şindler, əsgərlərin buradakı yəhudiləri toplayıb Krakov-Plaszov düşərgəsinə daşınma proseslərin görmüşdü. Şindler özü üçün çalışan bir çox Yəhudini öldürmə səhnəsi görüb dəhşətə gəlmişdir. Şindler, təkidi sayəsində "Şindlerin yəhudiləri" (Schindlerjuden) olaraq tanınan işçilərini qorumaq üçün böyük bir şücaət göstərmişdir. Şindler DEF-də çalışan Yəhudiləri qurtarmaq üçün çox zaman qeyri-adi yollara baş vurmuşdu. Çox zaman şəxsi xarizmasını və insanların sevgisini qazanma özəlliyindən istifadə, lazım olan zamanlarda isə "yaltaqlıq" etmişdi.

Müharibənin sonuna doğru Şindler bütün sərvətini rüşvət və qaçaqmalçılıqla, işçiləri üçün etdiyi alış-verişlərlə tükətmişdi. Yoxsul vəziyyətdə Regensburg, Almaniyaya və daha sonra Münhenə köçür. Ancaq müharibə sonrası Almaniyada uğur qazana bilmədi. Əslində, maliyyə durumu Yəhudi təşkilatlarından yardım alacaq qədər pis idi.

1948-ci ildə Şindler Argentinaya köçür, ancaq orada da iflas edir.

1958-ci ildə Almaniyaya dönür və bir sıra ardıcıl uğursuz iş cəhdlərinə girişir. Almaniyada balaca bir evə yerləşir və təkrar bir Yəhudi təşkilatının köməkliyi ilə bir sement fabriki qurmağa çalışır. Ancaq bu iş də 1961-ci ildə iflas edəndə iş ortağı ortaqlığı rədd edir. Oskar Şindler 9 Oktyabr 1974-cü ildə Frankfurtda 66 yaşında vəfat etdi.

Daha bir qəhrəmanın adı Raul Qustav Vellenberqdir. İsveç diplomatı, memar Raulun bir başqa adı da "Xeyirxah insan"dır.